ABŞ-ın keçmiş prezidenti Donald Tramp sahibi olduğu bir neçə otel və qolf meydançalarını ziyarət etmək üçün Şotlandiyaya gəlib.
Elchi.az bu barədə “Sky News”-a istinadən xəbər verir.
Böyük Britaniyaya səfər Trampa təcavüz cəhdində ittiham olunduqdan sonra baş tutub. Tramp Aberdin hava limanında deyib: “Evə qayıtmaq çox gözəldir”. Onun anası Meri Enn Trampın Şotlandiyada doğulduğu məlum olub.
Qeyd edək ki, bundan əvvəl Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb ki, möhtəşəm mülklərə baxmaq üçün Şotlandiya və İrlandiyaya səfər etməyi planlaşdırır.
Yeganə