Sabah bir neçə rayonun bəzi ərazilərində su olmayacaq.
Bu barədə Elchi.az-a İri Şəhərlərin Su Təchizatı” MMC-dən məlumat verilib.
Bildirilib ki, magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.
Məlumata görə, oktyabrın 7-si səhər saatlarına kimi içməli suyun verilişi bərpa olunacaq.





















