Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib.
Elchi.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR Baş naziri Cabbar Musayev sərəncam imzalayıb. Sərəncama əsasən, bu posta Fazil Məmmədov təyin olunub.
Qeyd edək ki, o, bundan əvvəl MR Ali Məclisi Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.





















