Latviyanın paytaxtı Riqada şair Yanis Rainisin abidəsi yaxınlığında rusofobiya əleyhinə mitinq keçirilir.
Elchi.az RİA Novostiyə istinadən bildirir ki, iştirakçılar mayın 9-da bayram tədbirlərinə icazə verilməsini, həmçinin rus dilində təhsilin qaytarılmasını tələb edirlər.
Mitinqin “Rus Latviya İttifaqı” partiyası tərəfindən təşkil edildiyi bildirilir. Fəallar ölkədə insan haqlarının vəziyyətinin getdikcə pisləşdiyini izah edirlər. Xüsusilə, abidələr sökülür, küçələrin adları dəyişdirilir, kukla teatrında rus dilində tamaşalar ləğv edilir, seçki kampaniyasının rus dilində aparılması qadağan edilib.
Yeganə