Polşa-Belarus sərhədində 206 kilometr uzunluğunda elektron hasarın tikintisi başa çatıb.
Elchi.az-ın xəbərinə görə, Polşa Sərhəd Mühafizə Xidmətinin mətbuat katibi Anna Mixalska bildirib ki, hasar kameralar və hərəkəti qeydə alan cihazlarla təchiz olunub.
Onun sözlərinə görə, hazırda sonuncu hissədə cəmi 150 metr tikilməyib, lakin təbii mənzərə bu ərazidə divarın tikintisinə mane olur.
“Demək olar ki, bütün hasar artıq işləyir və bizdə sərhəddə baş verən hər şeyin video çəkilişi var. Biz sərhədi qanunsuz keçmə ilə bağlı çoxlu hallar qeydə almışıq”, – Mixalska bildirib.
Polşa sərhəd mühafizə xidmətinin mətbuat katibinin qeyd etdiyi kimi, hasar sərhədçilərə ölkə ərazisinə keçmə cəhdlərinin sayını obyektiv qiymətləndirməyə imkan verəcək. O, həmçinin əlavə edib ki, bu sistem olmadan gecə saatlarında sərhəd pozuntularının sayını hesablamaq mümkün olmayacaq.
Yeganə