image-20backend

Tramp: “ABŞ-da on minlərlə cinayətkar sərbəst gəzir”

“On minlərlə cinayətkar, terrorçu və qatil ABŞ-dadır və ölkədə maneəsiz gəzirlər”.

Elchi.az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yeni rəhbəri Donald Tramp bəyan edib.

O, andiçmə mərasimindən sonra Fox News-a verdiyi ilk müsahibəsində “Ölkəmizdə minlərlə terrorçu, on minlərlə qatil var” deyərək, cinayətkarların “azaddır və ölkədə dolaşdığını” qeyd edib. “Onların 48 faizi bir və ya bir neçə nəfəri öldürüb, başqa ölkələrin həbsxanalarından çıxıb ABŞ-da gəzirlər”, o vurğulayıb.

“İnsanlar həbsxanalarını boşaldıblar. Mən başqa bir ölkənin prezidenti və ya baş naziri olsaydım, həbsxanalarımı boşaltardım [və cinayətkarların girməsinə icazə verərdim], niyə də çoxları bunu etmədi”, – deyə Tramp bildirib.

Respublikaçı bu vəziyyəti demokrat Co Baydenin əvvəlki administrasiyasının siyasəti ilə əlaqələndirib. “Düşünürəm ki, bu rəqəm 21 milyon nəfərdir, onların böyük faizi dünyanın hər yerindən olan cinayətkarlardır.

“Bayden bunun baş verməsinə icazə verdi. Demokratlar buna icazə verdilər, indi də buna haqq qazandırmağa çalışırlar, lakin buna haqq qazandırmaq olmaz. Bunun yalnız iki səbəbi var: axmaq olmaq və ya ölkənizə nifrət etmək”, prezident əmindir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki