“Sehrli xalat”ın Rəşidi vəfat etdi

“Sehrli xalat” filmində baş rol ifaçısı Azər Qurbanov vəfat edib. Kult.az xəbər verir ki, bu barədə əməkdar mədəniyyət işçisi Yusif Şeyxov məlumat yayıb. O bildirib ki, Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra Amerika Birləşmiş Ştatlarında (ABŞ) dünyasını dəyişib. Qeyd edək ki, A.Qurbanov sözügedən filmdə Rəşid obrazını canlandırıb.