“Simpsonlar”ın bəstəkarı öldü

🗓 31.05.2025 17:36 ✍️ "Elçi" qəzeti
“Simpsonlar”ın bəstəkarı öldü

85 yaşlı amerikalı bəstəkar Alf Klauzen Los-Ancelesdəki evində vəfat edib.

Elchi.az xəbər verir ki, bu haqda jurnalistlərə bəstəkarın qızı Kaarin məlumat verib.

Onun sözlərinə görə, təxminən 8 il əvvəl bəstəkara “proqressiv supranuklear iflic” diaqnozu qoyulmuşdu. Qızı sözügedən xəstəliyin ölümünə səbəb olub-olmadığını dəqiqləşdirməyib.

Xatırladaq ki, Alf Klauzen 1986–1990-cı illərdə yayımlanan “Alf” serialı və 1989-cu ildən bu günə kimi davam edən məşhur “Simpsonlar” (The Simpsons) cizgi serialı üçün bəstələdiyi musiqilərlə tanınırdı. O, “Simpsonlar”ın musiqi müşayiəti üzərində 1990–2017-ci illər arasında çalışıb. Klauzen 1997 və 1998-ci illərdə bu serial üçün yazdığı mahnılara görə “Emmi” mükafatına layiq görülüb.

Bəstəkar həmçinin bir sıra tanınmış televiziya layihələrinin musiqisini yazıb.

Bənzər yazılar