Saatlı sakini özünü asfalta mıxlayıb

🗓 09.10.2014 18:04 ✍️ "Elçi" qəzeti
Saatlı sakini özünü asfalta mıxlayıb
1Saatlı rayonunun Mustafabəyli kənd sakini Ziyadov Vüsal Famil oğlu bu gün qeyri-adi etiraz aksiyası keçirib. O, hər iki ayağını Mustafabəyli kəndindən keçən Bakı-Horadiz yolunda asfalta mıxlayıb. Bu barədə "Turan" İA-nə Saatlı rayonundakı etibarlı mənbə məlumat verib. Uşağını müalicə etdirmək üçün pulunun olmaması üzündən Ziyadov belə bir addım atıb.
Polis müdaxiləsindən sonra onu rayon xəstəxanasına yerləşdiriblər. Polislər onun yanına heç kəsi buraxmır. Saatlı rayonunun hüquq mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

Bənzər yazılar