Putin Bakı Beynəlxalq Humanitar Forumunu yüksək qiymətləndirdi

🗓 02.10.2014 11:44 ✍️ "Elçi" qəzeti
Putin Bakı Beynəlxalq Humanitar Forumunu yüksək qiymətləndirdi
Bu gün işə başlayan IV Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Rusiya prezidenti Vladimir Putinin Vladimir-Putin_4(1)təbrik məktubu oxunub.
APA-nın məlumatına görə, təbrik məktubunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko oxuyub.
Tərik məktubunda qeyd edilib ki, Forum biri neçə il ərzində mötəbər tədbirlərdən birinə çevrilib: “Bakı Beynəlxalq Humanitar Forumu humanitar sahədə müzakirələrin aparılması üçün ən yaxşı platformalardan birinə çevrilib. Əminəm ki, Forumda gələcək üçün olduqca faydalı müzakirələr aparılacaq, tövsiyələr səsləndiriləcək. Tədbirdə çoxsaylı nümayəndə heyətlərinin iştirakı buna şərait yaradır”.
 

Bənzər yazılar