Serbiya Prezidenti gözlənilmədən Ukraynaya səfərə yola düşüb

🗓 11.06.2025 13:21 ✍️ "Elçi" qəzeti
Serbiya Prezidenti gözlənilmədən Ukraynaya səfərə yola düşüb

Serbiya Prezidenti Aleksandar Vuçiç iyunun 11-də gözlənilmədən Ukraynaya bir günlük səfərə yola düşüb.

Elchi.az xəbər verir ki, bu barədə "Европейская правда" nəşri Serbiya liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bu, Vuçiçin Ukraynaya ilk səfəridir, o, Ukrayna-Cənub-Şərqi Avropa sammitində iştirak edəcək.

Serbiya mətbuatının məlumatına görə, sammit Odessada baş tutacaq.

Bənzər yazılar