Bildirilib ki, 17 ayda Nigeriyada difteriya epidemiyası səbəbindən 1191 nəfər ölüb.
Elchi.az xəbər verir ki, NCDC-nin Difteriya Təcili Əməliyyatlar Mərkəzinin rəhbəri Müzzəmmil Qadanya açıqlamasında bildirib ki, 2023-cü ilin mayından 2024-cü ilin sentyabrına qədər ölkədə difteriya epidemiyasından 1191 nəfər ölüb.
Qadanya bildirib ki, bu müddət ərzində ölkədə 38 mindən çox şübhəli difteriya hadisəsi qeydə alınıb, təsdiqlənmiş halların sayı isə 23 min olub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkədə difteriya hallarının artması səbəbindən epidemiyanın ikinci dalğasının olduğunu təsdiqləyib.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ötən il epidemiya ilə mübarizə çərçivəsində Nigeriyaya 9,3 milyon doza peyvənd göndərib.
“Quş gözü xəstəliyi” olaraq da bilinən difteriya, “corynebacterium diphtheriae” adlı mikroorqanizmin boğaz, burun, göz və dəridə yerləşdiyi zaman meydana gəlir. Yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.
Şayəstə Hüseynova