Neftin qiyməti bahalaşdı

🗓 13.03.2015 12:21 ✍️ "Elçi" qəzeti
Neftin qiyməti bahalaşdı
Neftin qiyməti bahalaşdıDünya birjalarında neftin qiyməti bahalaşıb.
ANS PRESS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar artaraq 47,18 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0,03 dollar artaraq 57,11 dollar olub. Qeyd edək ki, neftin qiymətindəki müsbət dinamika ABŞ-da neft emalı sahəsində fəhlələrin tətili dayandırılması ilə bağlı məlumatların yayılması ilə əlaqəlidir.

Bənzər yazılar