Neft yenidən ucuzlaşıb

🗓 06.08.2015 10:18 ✍️ "Elçi" qəzeti
Neft yenidən ucuzlaşıb
Neft yenidən ucuzlaşıb
 Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,59 dollar və ya 1,29% ucuzlaşaraq 45,15 dollar təşkil edib.
"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,80% yaxud 0,40 dollar geriləyərək 49,59 dollar/barel olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 51 dollar/barel olacağı gözlənilir.
 

Bənzər yazılar