Nazirlik qiymət artımına qarşı tədbirləri sərtləşdirir

🗓 27.02.2015 16:53 ✍️ "Elçi" qəzeti
Nazirlik qiymət artımına qarşı tədbirləri sərtləşdirir
Nazirlik qiymət artımına qarşı tədbirləri sərtləşdirirİqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini  davam etdirir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 2, mərtəbə 1 ünvanında Şahin Ağalarova məxsus “Real-S” marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
Qanun pozuntusuna yol verən şəxslər barədə müvafiq tədbirlər görülür.
 

Bənzər yazılar