NATO-ya üzv ölkələrin qərargah rəisləri NATO-nun Brüsseldəki mənzil qərargahında bir araya gələrək alyansın hərbi məsələlərini, xüsusən də Ukraynadakı müharibəni müzakirə edəcəklər.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauerin sədrliyi ilə keçirilən toplantıda Türkiyəni Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər təmsil edəcək.
İki gün davam edəcək iclasın ilk günündə alyansın imkanlarının gücləndirilməsi, rəqəmsal transformasiya, NATO qüvvələrinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi, hərbi ehtiyatlar və logistika kimi mövzular da müzakirə mövzusudur.
İkinci gündə NATO-nun Kosovo Sülh Qüvvələri (KFOR), Kosovodakı vəziyyət və təhlükəsizlik mühiti, NATO-nun İraq və Ukrayna Missiyası çərçivəsində gördüyü işlər barədə fiki mübadiləsi aparılacaq.
İclasın sonunda qərargah rəisləri NATO-nun Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya davamlı dəstəyini qiymətləndirəcəklər.
Ukraynanın Baş Qərargah rəisi Valeriy Zalujnı videokonfrans vasitəsilə görüşə qatılacaq və son vəziyyət barədə məlumat verəcək.
İclasda 30 NATO ölkəsinin baş qərargah rəisləri ilə yanaşı, NATO-ya dəvət olunmuş ölkələr olan İsveç və Finlandiyanın qərargah rəisləri də iştirak edəcək.
Yeganə