Mübariz Mənsimovun "Şövkət Ələkbərova"nı satmaq fikri yoxdur

🗓 17.04.2015 13:35 ✍️ "Elçi" qəzeti
Mübariz Mənsimovun "Şövkət Ələkbərova"nı satmaq fikri yoxdur

m_mesimov“Palmali” Şirkətlər Qrupu “Şövkət Ələkbərova” tankerini satmaq niyyətində deyil.

"Trend"-in məlumatına görə, bunu “Hürriyyet”ə açıqlamasında şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov bildirib. M.Mənsimov bu tankerin satılacağı barədə bəzi KİV-lərdə yayılan məlumatları şərh edərkən qeyd edib ki, “Şövkət Ələkbərova” ən yeni tankerlərdən biridir və “Palmali” rəhbərliyinin onu satmaq fikri yoxdur. xatırladaq ki, 2014-cü ildə istismara verilən “Şövkət Ələkbərova” tankerinin yükqaldırma potensialı 7 min tondur. “Palmali”nin gəmi və tankerləri Aralıq dənizi, Xəzər dənizi və Qara dəniz hövzələrində, xüsusilə də “SOCAR” və Lukoyl” kimi neft şirkətlərinə aid yüklərin daşınması ilə məşğul olur.

Bənzər yazılar