Misirin sabiq sənaye naziri: “Dünyanın elm xadimləri Qarabağ probleminin ədalətli həlli üçün səylərini əsirgəməməlidir”

🗓 02.10.2014 17:35 ✍️ "Elçi" qəzeti
Misirin sabiq sənaye naziri: “Dünyanın elm xadimləri Qarabağ probleminin ədalətli həlli üçün səylərini əsirgəməməlidir”
Azərbaycanın yeritdiyi iqtisadi siyasət ölkənin inkişafına hesablanıb.5f5e53b45f77ac515c75f75b67884cda
  Bu da region üçün böyük əhəmiyyət kəsb edir. APA - nın verdiyi məlumata görə, bunu Misirin sabiq sənaye naziri, Qahirə Universitetinin professoru Fevzi İbrahim deyib. Azərbaycana ikinci dəfə, IV Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün gəldiyini deyən F. İbrahim ölkəmizin bu cür tədbirlərə ev sahibliyi etməsini alqışladığını  deyib: “Dünyanın müxtəlif ölkələrindən tanınmış elm adamları buraya toplaşıb. Şadam ki, belə bir forumda iştirak edirəm”. O, Azərbaycanın sürətlə dəyişdiyini deyərək, iqtisadiyyatın və sənayenin dirçəldilməsində mütərəqqi addımlar atıldığını qeyd edib: “Azərbaycanın insanlarında böyük inam və ümid, yardımlaşma hissi və təşəbbüskarlıq hiss edirəm. Bu ölkənin uğurları olduğu kimi, müəyyən geosiyasi səbəblərə malik problemləri də var. Ən başlıca problem Qarabağın işğalıdır. Düşünürəm ki, sizin prezident düzgün yoldadır və problemin tezliklə həll edilməsi üçün öz mövqeyini aydın ifadə edib. Beynəlxalq ictimaiyyətin bu problemə yanaşmasında da ciddi dəyişiklik olmalıdır. Hesab edirəm ki, dünyanın elm xadimləri və ziyalıları da Qarabağ probleminin ədalətli həlli üçün öz səylərini əsirgəməməlidir”.  

Bənzər yazılar