image-61824a855b0cb61824a855b0cc163592870961824a855b0c861824a855b0c9backend

Millət vəkilindən SENSASİON AÇIQLAMA: “Məbləği gizlədirlər, maraqlı qüvvələr də çoxdur” 

“Vergi sistemində 20 milyon manata yaxın güzəşt edilir və bunu insanlara çatdırmaq lazımdır”.

Alp.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

V. Əhmədov bildirib ki, deputat olaraq onları daha çox sosial sahəyə edilən dəyişikliklər və güzəştlər maraqlandırır: “Yerli bələdiyyələrdə ümumiyyətlə materiallardan alınan vergilərdə çox böyük problemlər var. Məbləği gizlədirlər. Burada maraqlı qüvvələr də çoxdur. Rayon İcra Hakimiyyəti və digər yerlər bu vergilərdə olan qanunsuzluqlarda maraqlıdır. Ona görə də yerli bələdiyyələrlə bağlı vergilərin bir hissəsinin dövlət büdcəsinə ödənilməsinin tərəfdarıyam. Çünki vergidən yayınma halları bu sahədə olduqca çoxdur. İnsanları narahat edən bir məsələ də ƏDV-nin qaytarılmasının ləğv olunması ilə bağlıdır. Ticarət festivallarından ƏDV-nin qaytarılması mexanizminin ləğv edilməsi məsələsini insanlar səhv başa düşürr. Bu, ümumilikdə ƏDV-nin qaytarılması mexanizminin ləğv edilməsi demək deyil”.

Peyvənd vurdurmayan hamilə tələbə təhsildən imtina etdi – Azərbaycanda
Deputat qeyd edib ki, bu paket sənədlərdə ən çox işlənən söz əlavə dəyər vergisidir: “Niyə biz bütün məhsullara 18 faiz ƏDV tətbiq etməliyik? Yəni, avtomobilə də, geyimə də, yeməyə də eyni ƏDV-ni tətbiq etmək indiki halda uğurlu deyil. Biz bununla bağlı təkliflər vermişik. Xahiş edirik ki, bu təkliflərə baxılsın. Təklif edilən digər dəyişiklik kölgə iqtisadiyyatı ilə bağlıdır. Nağdsız hesablaşmalar bizim ağrılı yerlərimizdən biridir. Kölgə iqtisadiyyatı ilə mübarizə istiqamətində işləri davam etdirməliyik”.apa.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki