image-289995434_539254097818050_7037076506674623335_nbackend

Millət vəkili gənclərlə görüşdü –FOTO 

Millət vəkili Jalə Əhmədova Salyana səfəri çərçivəsində gənclərlə görüşüb. Alp.az xəbər verir ki, millət vəkili görüşlə bağlı  saytımıza açıqlamasında bu görüşün əhəmiyyətindən danışıb.

“Salyan rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzində(GİKM) gənclərlə görüşdüm. Görüş zamanı dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan danışdım. Dövlətin dəstəyinin onların inkişafında, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasında mühüm rol oynamasını qeyd etdim, eləcə də onları maraqlandıran bir sıra sualları cavablandırdım.
Daha sonra gənclərin gələcək karyeraları və planları, düzgün karyera seçimi haqqında fikir mübadiləsi apardıq. Bildirdim ki, iş müsahibələrindən öncə diqqət yetirilməli olan məqamlardan biri və ən vacibi CV-lərin düzgün tərtib edilməsidir. CV-lərin düzgün tərtibatı, uğurlu karyerada ilk addım hesab edilir.
Yetərincə maraqlı keçən görüşün sonunda gənclərimizə gələcək həyatlarında uğurlar, bol şanslar və karyera nailiyyətləri arzuladım.”- deyə Jalə Əhmədova bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki