Manat bahalaşmayıb - rəsmi məzənnə dəyişməyib


Daha sonra sayt kommersiya banklarının bu günə olan valyuta məzənnələrini təqdim etmişdi və o məzənnələrdə fərqli rəqəmlər gözə dəyirdi.
Ancaq daha sonra Musavat.com-un əməkdaşı Bank of Baku ilə əlaqə saxlayıb və oradan əməkdaşımıza bildirilblər ki, valyutaların rəsmi məzənnəsində dəyişiklik yoxdur və bu barədə məlumat bankın saytında yerləşdirilib.
Həmin saytlardan əməkdaşımızın suallarına cavab olaraq, bildiriblər ki, valyuta məzənnələrinə dair verilən məlumatda texniki yanlışlıq olub və onlar da öz səhvlərini düzəldiblər.
Ona görə də Musavat.com öz oxucularına bildirir ki, valyuta məzənnələrində dəyişiklik yoxdur. Hər şey Mərkəzi Bankın müəyyənləşdirdiyi kimi də qalır.