Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını təklif etməyib.
Elchi.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə bildirib.
O, Fransa prezidentinin rusiyalı həmkarına telefon danışığı təklif edib-etmədiyi sualına cavab verərkən “Makron, yox” deyib. Bundan əvvəl Almaniya hökuməti və Kreml Almaniya kansleri Olaf Şolzla Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı barədə məlumat veriblər və bu söhbət zamanı tərəflər Ukraynadakı vəziyyəti də müzakirə ediblər.
Yeganə