Məşhur müğənni hava limanında saxlanılıb

İspan musiqisinin əfsanəvi adı olan Xulio İqleasias Dominikan Respublikasında hava limanında saxlanılıb. Elchi.az xəbər verir ki, İspan müğənnisi Xulio İqlesias Baham adalarından getdiyi Dominikan Respublikasının Punta Kana hava limanında saxlanılıb. Əldə edilən məlumata görə, məşhur müğənninin çamadanında 42 kilo yemək tapılıb. Çamadanlar müsadirə edilərkən, İqlesias da saxlanılıb. Əfsanəvi mahnıların ifaçısı Dominikan hakimiyyətinə nə üçün çamadanında bu qədər çox yemək olduğunu izah etməli olub. Enrike İqlesiasın da atası olan müğənninin çamadanında çiyələk, moruq, göyərti, albalı, pomidor, çuğundur, kərəviz, lobya, ispanaq, kahı, göbələk, rukkola, ət və tərəvəz tapıldığı iddia edilir. 80 yaşlı sənətçi uzun müddətdir həm Baham adalarında, həm də Dominikan Respublikasında yaşayır və iki ölkə arasında gedib-gəlir. Bu yaxınlarda Xulio İqlesiasın fiziki və hərəkətlilik problemlərinin olduğu və adətən əlil arabasından istifadə etdiyi bildirilib. Hətta onun yaddaş problemi olduğu, mahnılarını unutduğu deyilirdi. Şayəstə Hüseynova