Klimtin 100 ildir itkin düşmüş rəsm əsəri tapıldı

🗓 26.01.2024 16:53 ✍️ "Elçi" qəzeti
Klimtin 100 ildir itkin düşmüş rəsm əsəri tapıldı
Elchi.az xəbər verir ki, məşhur avstriyalı rəssam Qustav Klimtin “Miss Lieserin portreti” tablosu təxminən 100 ildən sonra üzə çıxıb. 50 milyon avro dəyərində olan tablo aprelin 24-də hərracda satılacaq. Avstriya mərkəzli hərrac evi Im Kinsky, Qustav Klimtin son əsərlərindən biri olan və son fotoşəkili 1925-ci ildə çəkilən məşhur tablonun dünən üzə çıxdığını bildirərək, "Əsrin əvvəllər itdiyi düşünülürdü" dedi. “Onilliklər ərzində bu mühüm sənət əsəri ictimaiyyətə məlum olmayan Avstriya vətəndaşının şəxsi mülkiyyətində olub.1917-ci ildə çəkilmiş rəsmin bütün dünyada sərgilənəcəyini bildirən İm Kinski,, rəsm əsərinin 1998-ci il Vaşinqton Prinsiplərinə uyğun olaraq bağlanmış müqavilə əsasında Adolf və Henriette Lizerin hüquqi varisləri adından aprelin 24-də hərracda satılacağını bildirib. Şayəstə Hüseynova  

Bənzər yazılar