44 günlük Vətən müharibəsində məhv edilən erməni əsgəri Menua Ovannisyanın anası, “5165” hərəkatının lideri Karin Tonoyan sensasion iddia ilə çıxış edib. Alp.az xəbər verir ki, Karin Tonoyan yaralanan erməni əsgər və zabitlərin öldürülməsini birbaşa Müdafiə Nazirliyi ilə bağlı olduğunu açıqlayıb.
“Yaralanan əsgər və zabitlər döyüş mövqeyindən çıxarılsa da onların hamısı ölüb. Əlimdə kifayət qədər ciddi sübutlar var. Onlar 90 faizi qanitirmədən ölüblər. Bir sözlə yaralı hərbçilərimizi Azərbaycan yox, öz adamlarımız öldürüb”- deyə Tonoyan bildirib.