Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi ilə Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçirilib.
Elchi.az -ın məlumatına görə, Kəlbəcər şəhərinin Mərkəzi meydanında təşkil olunan yarmarkada dövlət və özəl sektoru təmsil edən 16 müəssisə iştirak edib, işaxtaranlara müxtəlif peşə və ixtisas istiqamətləri üzrə 90-dan çox vakansiya təqdim olunub.
Yarmarkada Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti də iştirak edərək qurum üzrə aktiv vakansiyaları işaxtaranlara təqdim edib.





















