İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) Hörmüz boğazı üzərində vurulduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu hadisə ilə bağlı yazılı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, MQ-1 pilotsuz uçuş aparatı Hörmüz boğazı üzərində İranın hava hücumundan müdafiə sistemi tərəfindən aşkarlanıb və vurulub.
ABŞ hərbi qüvvələri tərəfindən məsələ ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
ABŞ tərəfindən 1990-cı illərdə istehsal olunan MQ-1 pilotsuz uçuş aparatı ilkin olaraq müşahidə və irəli kəşfiyyat tapşırıqları üçün nəzərdə tutulmuşdu. Daha sonra bu aparatlara yeni kameralar və raketlər əlavə edilib.
Şayəstə





















