İran Norveçin Tehrandakı səfirini çağıraraq, ölkəni “Starlink”in İran ərazisindəki icazəsiz fəaliyyətinə qarşı zəruri tədbirlər görməməkdə ittiham edib.
Elchi.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yazılı bəyanatına əsasən, səfir Pol Byornestada (“Paal Bjornestad”) bildirilib ki, “Starlink” peyk sistemlərinin Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyatı və bildirişləri üzrə məsul tərəf kimi Norveç tələb olunan addımları atmayıb.
Səfir Byornestada ABŞ və İsrailin “Starlink” sistemindən İrana qarşı yönəlmiş hərəkətlərdə istifadə etməsi barədə iddialar xatırladılıb və məsələ ilə bağlı Norveçin mövqeyinə dair rəsmi etiraz notası təqdim edilib.
Norveçli səfirə ölkəsinin Beynəlxalq Telekommunikasiya İttifaqı qarşısındakı öhdəlikləri xatırladılıb və ondan İran ərazisində “Starlink”in icazəsiz ötürmələrinin qarşısını almaq üçün “təcili və səmərəli tədbirlər görmək” tələb olunub.
Şayəstə





















