Şərq sahillərinə doğru irəliləyən güclü tayfun Yaponiyada nəqliyyatın işində fasilələrə səbəb olub və çoxsaylı turistik məkanların bağlanmasına gətirib çıxarıb.
Elchi.az xəbər verir ki, davamlı küləyin sürəti saatda 126 km, ayrı-ayrı küyülərin (qasırğa təkanlarının) sürəti isə saatda 180 km-ə çatan “Dujuan” tayfununun bazar ertəsi günü Tokio yaxınlığındakı Çiba prefekturasında yerləşən Boso yarımadasının yaxınlığından keçəcəyi gözlənilir.
Nəqliyyat və tədbirlər təsirə məruz qalıb
“All Nippon Airways” aviaşirkəti hazırda güclü yağış və küləyin təsiri altında olan, Tokionun cənubundakı Haçijo adasına uçuşları ləğv edib.
Narita hava limanının yerləşdiyi Çiba prefekturasında bəzi qatar reysləri dayandırılıb.
Yaponiya Meteorologiya Agentliyi tayfunun çərşənbə axşamına qədər rekord səviyyədə yağıntıya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib və sahilboyu ərazilərdə yaşayanları torpaq sürüşməsi və daşqın təhlükələrinə qarşı ehtiyatlı olmağa çağırıb.
Tokai bölgəsində yağıntı miqdarının 350 millimetrə çatacağı proqnozlaşdırılır.
İlin 25-ci tayfunu olan “Dujuan” beşgünlük tətil dövrünə təsadüf edib. Bu vəziyyət “Rock in Japan” musiqi festivalının və “Tokyo Game Show” sərgisi çərçivəsində bəzi tədbirlərin ləğv olunmasına səbəb olub.
Naqoya və Aiçi prefekturasında davam edən Asiya Oyunlarının açılış mərasimində iştirakçı sayı da tayfunla bağlı narahatlıqlar səbəbindən mənfi təsirə məruz qalıb.
Şayəstə





















