Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə keçiriləcək görüşdə “Wildberries” şirkətinin təsisçisi, RWB-nin rəhbəri Tatyana Kimi sanksiyalar siyahısına daxil etmək niyyətindədirlər.
Elchi.az xəbər verir ki, bu barədə daxili sənədlərə istinadən “EUobserver” portalı məlumat yayıb.
Qeyd olunur ki, yeni məhdudiyyətlər ABŞ-nin Ukraynada sülh yolu ilə nizamlanma istiqamətində irəli sürdüyü səylər fonunda hazırlanır.
Daha əvvəl Brüsseldəki mənbə TASS-a bildirmişdi ki, Aİ səfirləri 43 fiziki və təxminən 100 hüquqi şəxsin daxil edildiyi anti-Rusiya “qara siyahı”sının yeni genişləndirilməsini razılaşdırıblar. Mənbənin qeyd etdiyinə görə, bu məhdudiyyətlərin hələ də hazırlanmaqda olan Rusiyaya qarşı 22-ci sanksiyalar paketinə aidiyyəti yoxdur. Sənədin noyabrın 16-da Brüsseldə keçiriləcək görüşdə Aİ xarici işlər nazirləri tərəfindən təsdiqlənəcəyi və elə həmin gün qüvvəyə minəcəyi yüksək ehtimal olunur.
Məryəm



















