İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası ölkədə hökumətin formalaşdırılması ətrafındakı qeyri-müəyyənlik fonunda Knessetin spikeri postunu itirərək bu vəzifəni rəqibi Qadi Ayzenkotun partiyasının üzvünə güzəştə gedib.
Elchi.az “Times of Israel” nəşrinə istinadən xəbər verir ki, noyabrın 17-də İsrail Knesseti Qadi Ayzenkotun “Yaşar” partiyasının üzvü Matan Kahananın yeni spiker seçilməsinə səs verib. Səsvermənin yekun nəticələrinə əsasən, Kahana 66, Netanyahunun “Likud” partiyasından olan Ofir Kats isə 52 səs toplayıb.
Qeyd olunur ki, səsvermənin nəticələri Netanyahunun ötən ay keçirilən seçkilərdə parlament çoxluğunu itirməsindən sonra yeni hökumətin qurulması ilə bağlı danışıqların hələ də davam etməsinə baxmayaraq, Ayzenkotun rəhbərlik etdiyi blokun Knesset üzərində nəzarəti ələ almaq səylərində mühüm irəliləyiş kimi qiymətləndirilir.
Məryəm





















