Belarus Prezidenti Aleksandr Lukaşenko Latviya xalqını milli bayram – Latviya Respublikasının Elan Olunması Günü münasibətilə təbrik edib.
Elchi.az-ın xəbərinə görə, Belarus dövlətinin başçısı qeyd edib ki, bu gün Avropa öz inkişaf yolunda bir çox ciddi problemlər və süni maneələrlə üzləşib.
“Bu şəraitdə dinləmək bacarığı, eşitmək istəyi və bir-birini anlamaq qabiliyyəti xüsusi dəyər kəsb edir.
Əminəm ki, yaxın gələcəkdə biz siyasi fikir ayrılıqlarını aradan qaldırmalı, ölkələrimiz arasında konstruktiv, tamformatlı əməkdaşlığın bərpası üçün etibarlı zəmin yaradacaq xeyirxah münasibətləri, işgüzar və humanitar əlaqələri geri qaytarmalıyıq”, – deyə təbrikdə bildirilir.
Aleksandr Lukaşenko Latviya sakinlərinə firavanlıq və sülh arzulayıb.
Məryəm




















