ABŞ-da son vaxtlar baş verən texniki nasazlıqlar bir-biri ilə əlaqəli deyil və xarici qüvvələrin işi kimi görünmür.
Elchi.az xəbər verir ki, bu barədə çərşənbə günü Filippində səfərdə olan ABŞ Dövlət katibi Marko Rubio bildirib.
Rubionun sözlərinə görə, bütün əlamətlər insidentlərin əlaqəsiz olduğunu və onlardan heç birinin bədniyyətli şəxslərin və ya kibercinayətkarların hərəkətləri nəticəsində yaranmadığını göstərir: “Biz sistemli hücumlara məruz qalmırıq”.
Qeyd edək ki, son zamanlar ABŞ-da bir sıra texniki problemlər, o cümlədən “Microsoft” xidmətlərinin işində qlobal nasazlıq qeydə alınıb.
Cümə günü Federal Mülki Aviasiya Administrasiyasında (FAA) yaranan texniki nasazlıq səbəbindən ölkə üzrə hava əlaqəsi dayandırılıb ki, bu da olduqca nadir hallarda baş verir. Bazar ertəsi “United Airlines” aviaşirkəti texniki problemlər barədə məlumat verib, həmçinin ABŞ-ın bir neçə bankında onlayn bankçılığın işində fasilələr yaranıb. Çərşənbə axşamı isə Milli Təhlükəsizlik Agentliyi (NSA) texniki çətinliklərlə üzləşdiyini açıqlayıb.
Rubio ABŞ vətəndaşlarının potensial təhlükə ilə bağlı narahat olması üçün heç bir səbəb olmadığını vurğulayıb və əlavə edib ki, belə bir təhlükəyə dair sübutlar ortaya çıxarsa, hökumət ictimaiyyəti dərhal məlumatlandıracaq.
Məryəm




















