Sağçı “Milli mitinq” partiyasının namizədi Marine Le Pen və Ukrayna lideri Volodimir Zelenski görüşmək istəyir, lakin yer barədə razılığa gələ bilmirlər.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Le Pen hələ də Ukrayna liderinin Kiyevə səfər dəvətini rədd edir. Partiya deputatı və müşavirinin sözlərinə görə, o, Ukraynaya səfərin siyasi teatrın boş bir hərəkəti olacağını düşünür.
“O, ora fotosessiyaya getmək fikrini bəyənmir”,-deyə qeyd olunub.
Əvəzində Le Pen Zelenskini onunla Brüsseldə və ya Parisdə görüşməyə dəvət etdi, lakin Ukrayna liderinin administrasiyası onun təklifi qəbul edib-etməyəcəyi ilə bağlı nəşrə şərh verməkdən imtina etdi.
Bundan əvvəl Le Pen Ukraynanın Parisdəki səfiri Vadim Omelçenkoya prezident seçiləcəyi təqdirdə Kiyevə yardım etməyə davam etməyəcəyini bildirmişdi. Bununla belə, o, Fransanın mövcud öhdəliklərinə, xüsusən də Avropa İttifaqının Kiyevə verdiyi 90 milyard avroluq kreditlə bağlı öhdəliklərinə əməl edəcəyini bildirib.
Yeganə




















