"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Silahın səsindən xeyirxahlığın səsinə uzanan bir ömür

21 Sentyabr 2026 - 13:13
in XƏBƏR LENTİ
FacebookVatsap

Torpaq sözün müstəqim mənasında əkin biçin yeri, insanın yaşamaq ehtiyaclarını ödəyən maddi varlıqdan daha böyük bir anlayışdır. İnsan torpağın üzərində dünyaya göz açır, ilk addımını onun üstündə atır, uşaqlığının yollarını keçir, həyatının sevincini və ağrısını burada yaşayır. İnsan ömrü torpağın üzərində keçir, nəsillər bir birini əvəz edir, evlər qurulur, ocaqlar yanır, məzarlar yaranır, yollar uzanır. Zaman keçdikcə bütün bunlar torpağın yaddaşına hopur. Buna görə torpaq haqqında danışarkən qarşımızda sadəcə coğrafi bir sahə dayanmır. Qarşımızda insan ömrünün, ailə tarixinin, xalq taleyinin və nəsillərin xatirəsinin toplandığı böyük bir yaddaş dayanır.

Bunu da oxuyun

Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Vətəni bizə sevdirən ilk növbədə anamızdır. Ana laylasında eşitdiyimiz sözlər, doğulduğumuz evin astanası, ata ocağı, ata məzarı, uşaqlıq yolları insanın Vətən haqqında ilk təsəvvürlərini yaradır. Min illərin yaddaşından süzülüb gələn ədəbi düşüncələrimizdə Ana haqqı, Torpaq haqqı, Vətən haqqı deyərək and içmişik. İnsan böyüdükcə həmin ilk duyğuların arxasında böyük bir tarix dayandığını anlayır. Vətən xəritədə çəkilmiş sərhəddən başlamır. Vətən insanın yaddaşında doğulur, ailəsinin tarixində dərinləşir, xalqının taleyi ilə genişlənir.

Bir torpaq parçasının Vətən adını qazanması üçün onun üzərində tarix yaşamalı, nəsillərin ayaq səsləri eşidilməli, doğmaların məzarları həmin torpağın yaddaşını qoruyub saxlamalı, onu qorumaq üçün həyatını ortaya qoyan insanlar yetişməlidir. Torpağın müqəddəsliyi də burada yaranır. İnsan öz həyatını həmin torpağın taleyi ilə əlaqələndirdikcə torpaq fiziki sərhədlərdən kənara çıxır, milli yaddaşın daşıyıcısına çevrilir. Vətən anlayışının dərinliyi də insanın torpağa verdiyi dəyərdə, onun uğrunda ödədiyi bədəldə və gələcək nəsillərə saxladığı yaddaşda üzə çıxır.

Şərəfli tariximiz belə insanların adı ilə zəngindir. Onların bir qismi tariximizin səhifələrində yaşayır, bir qismi isə bu gün bizimlə eyni zamanı bölüşür. Həyatı ilə nümunə yaradan əfsanəvi polkovnik Səxavəddin Sadıqov belə insanlardan biridir. Uzun illər Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət edərək Qarabağ savaşının ən ağır sınaqlarından keçən Səxavəddin Sadıqovun ömründə Vətən sevgisi sözdə qalmayıb. Bu sevgi onun xidmətində, döyüş yolunda, sədaqətində, insanlara münasibətində və xeyirxahlığında öz ifadəsini tapıb.

Onun bədənində Qarabağ savaşının yaraları var. Hər yara bir döyüşün ağırlığını, qorunan torpağın bədəlini və bir xalqın yaşadığı ağrını daşıyır. Səxavəddin Sadıqovun Qarabağdan keçən ömrünə baxanda insan taleyi ilə xalq tarixinin qovuşduğu bir yol görünür.
Bu həyat yolunun kökləri isə daha uzaqlara, ailə tərbiyəsinə gedib çıxır. Səxavəddin Sadıqov torpaqla nəfəs alan, zəhmətin, halal əməyin və insan ləyaqətinin qədrini bilən sadə, şərəfli və mənəviyyatca zəngin bir kişinin ailəsində dünyaya gəlib. Böyüklüyün ilk dərslərini həmin ocaqda alıb. Ömrün dəyərinin vəzifə və rütbə ilə yox, insanın davranışı, ləyaqəti və başqasına etdiyi yaxşılıqla ölçüldüyünü bu ailə tərbiyəsi ona erkən yaşlarından öyrədib.
Sonralar Qarabağ savaşı həmin tərbiyəni ağır sınaqlardan keçirib. Torpaq sevgisi döyüş məsuliyyətinə, insan sevgisi isə xeyirxahlığa çevrilib. Onun həyatında bunlar ayrı-ayrı keyfiyyətlər kimi görünmür. Hamısı bir xarakterin müxtəlif cizgiləridir, torpağın qədrini bilən, Vətən qarşısında məsuliyyət daşıyan və insan qarşısında ləyaqətini qoruyan bir kişinin xarakteridir! Səxavəddin Sadıqovun həyatını qiymətli edən də budur. Onun haqqında ən doğru sözləri rütbəsi yox, keçdiyi yol deyir və ən təsirli şahid isə bədənində daşıdığı Qarabağ yaralarıdır.

Bu gün Səxavəddin Sadıqov Qarabağda aldığı yaraları xeyirxah əməlləri, nümunəvi davranışı və heyrət doğuran fəaliyyəti ilə sağaldır. Öz bədənində müharibənin ağrısını daşıyan bir insanın başqasının ağrısına məlhəm olması həyatın ən uca həqiqətlərindəndir. Onun yaxşılığı keçmişin yarasına çəkilən mənəvi məlhəb, insanlara uzatdığı əl isə müharibənin dağıtdığı dəyərlərin yenidən yaşadılmasıdır.
Etiraf ən böyük mədəniyyətdir. Əlahəzrət etiraf və həqiqət budur ki, biz Vətəni sevməyi, düşmən qarşısında cəsur dayanmağı, insanı qorumağı və xeyirxahlığı polkovnik Səxavəddin Sadıqovdan öyrəndik və öyrənməkdə davam edirik. Qarabağda torpağı qoruyan iradə bu gün insanlara münasibətdə özünü göstərir. Onun qəhrəmanlığı silahın səsindən xeyirxahlığın səsinə qədər uzanan bir ömür yoludur. Səxavəddin Sadıqovun böyüklüyü də burada görünür. O, öz yaralarını başqasının ağrısını anlamaq üçün daşıyır, keçdiyi ağır yoldan kin yox, insanlıq gətirir. Vətən sevgisinin ən yüksək ifadəsi torpağı qorumaqla tamamlanmır. Həmin torpağın üzərində insan ləyaqətini qorumaq, yaxşılıq etmək və gələcəyə vicdan əmanət etmək də Vətənə sədaqətin böyük ifadəsidir. Unudulmaq insana məxsus haldır, yaddaş isə xalqın varlığını qoruyan ən böyük sərvətlərdəndir. Vətən isə heç nəyi unutmur. Torpağı uğrunda döyüşən, ömrünü dövlətinə və xalqına həsr edən qəhrəman övladlarımız xalqımızın yaddaşında yaşayan milli sərvətimizdir. Onların keçdiyi yol tariximizin yaddaşı, göstərdikləri fədakarlıq gələcək nəsillərə əmanətdir. Bütün ömrünü Azərbaycan uğrunda yaşayan Səxavəddin Sadıqovu sevmək, əslində, Vətənə xidmət anlayışının özünü sevməkdir. Onun həyat yolunu etalon və nümunə götürmək insanın öz ömrünə hansı dəyərlərlə istiqamət verməli olduğunu dərk etməsidir. Çünki insanın böyüklüyü özünə qazandırdıqları ilə yox, Vətəninə bəxş etdiyi ömürlə ölçülür. Səxavəddin Sadıqov bu həqiqətin canlı ifadəsidir. Onun ömür yolu göstərir ki, Vətənə sədaqət insanın taleyinə çevriləndə görülən hər iş daha böyük bir amalın parçasına dönür. Belə insanlar özlərindən sonra xatirə qədər düşüncə və davranış mədəniyyəti də qoyurlar. Səxavəddin Sadıqovun həyatına ehtiramın ən uca forması onun yaşadığı dəyərləri öz ömrümüzdə davam etdirməkdir.

V. Əliyev

Previous Post

Zakir Həsənov Pakistana başsağlığı verib

Next Post

Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar

Bənzər yazılar

Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

25 Sentyabr 2026 - 20:49

ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə danışıqları çox məhsuldar adlandırıb. Elchi.az xəbər verir ki, bu barədə ABŞ lideri...

Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

25 Sentyabr 2026 - 20:47

Kamçatka sahillərində (Rusiya) "Triumf" gəmisində yanğın baş verib, nəticədə 7 heyət üzvü yaralanıb. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki,...

Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

25 Sentyabr 2026 - 20:41

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Kamboca Krallığının Baş nazirinin müavini, xarici işlər və...

Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb

Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb

25 Sentyabr 2026 - 20:40

Amsterdamın (Niderland) şimalında ictimai iaşə obyektinin terrasında baş verən atışma nəticəsində bir nəfər ölüb. Elchi.az "NU.nl" portalına istinadən xəbər verir...

Next Post
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar

Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

25 Sentyabr 2026 - 20:49
Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

25 Sentyabr 2026 - 20:47
AK: Aİ ölkələri insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunları icra etməyə tələsmir

AK: Aİ ölkələri insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunları icra etməyə tələsmir

25 Sentyabr 2026 - 20:44
Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

25 Sentyabr 2026 - 20:41
Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb

Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb

25 Sentyabr 2026 - 20:40
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

25 Sentyabr 2026 - 20:22
Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

25 Sentyabr 2026 - 20:20
Küləkli hava nə vaxta qədər davam edəcək?

Bəzi yerlərdə küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

25 Sentyabr 2026 - 19:18
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib

25 Sentyabr 2026 - 19:09
“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

25 Sentyabr 2026 - 19:01
PA Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Sentyabr 2026 - 18:52
Ədliyyə naziri Xankəndidə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Xankəndidə vətəndaşları qəbul edəcək

25 Sentyabr 2026 - 18:44
Pensiyalar bu tarixdə VERİLƏCƏK – RƏSMİ

Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

25 Sentyabr 2026 - 18:37
Rumıniyaya daxil olan ukraynalı qaçqınların sayı 16 milyonu keçib

Rumıniyaya daxil olan ukraynalı qaçqınların sayı 16 milyonu keçib

25 Sentyabr 2026 - 18:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.