İstilik vaxtından əvvəl kəsildi


Azvision.az-ın məlumatına görə, bu gün günorta saatlarından etibarən paytaxın Suraxanı rayonunda ixtilik təchizatı dayandırılıb. Havaların hələ istilənmədiyini deyən sakinlər ASC-nin bu addımına etirazlarını bildiriblər.
“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, orta sutkalıq temperatur 8 dərəcədən aşağı olduğu halda istiliyin verilməsi davam etdirilə bilər.
İstiliyin dayandırılması isə prosedura əsasən həyata keçirilir. Belə ki, ölkəmizdə istilik sistemi ilə təchizat beş ay nəzərdə tutulub: noyabrın 15-dən aprelin 15-nə qədər.