image-resizebackend

İranlı general: “İkinci Qarabağ müharibəsi öyrənilməlidir“ 

“Qafqazdakı son müharibə və Rusiya-Ukrayna müharibəsinin öyrənilməsi bugünkü və sabahkı ehtiyaclarımızın bir hissəsini müəyyən edir”.

Bunu İran ordusunun Baş Qərargah rəisi general Məhəmməd Baqiri deyib.

O, ənənəvi və klassik hərbi ideyaları, təlimləri, metodların artıq keçmişində qaldığını vurğulayıb:

“Kim öz döyüş strategiyasını zərurət və tələblərə uyğun şəkildə yeniləməyib, yeni təhdidlərə qarşı deməyə sözü yoxdursa, gerilik və məğlubiyyətlə üzləşəcək.

Qafqazdakı son döyüşlər (İkinci Qarabağ müharibəsi – red.), Rusiya-Ukrayna müharibəsi, habelə dünyada baş verən regional və beynəlxalq hadisələr tədqiqi və təhlili bugünkü və sabahkı ehtiyaclarımızın bir hissəsini müəyyən edir. Hərbi tədqiqatçılar bu barədə düşünməli və onları qiymətləndirməlidirlər”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki