İngilis cihadçılar ölkəyə geri buraxılmayacaq

🗓 31.08.2014 21:06 ✍️ "Elçi" qəzeti

İngiltərə hökuməti İraq və Suriyada döyüşən cihadçı Britaniya vətəndaşlarının ölkəyə qayıdışına qadağaimg1421738 qoyacaq. Musavat.com-un BBC-yə istinadən verdiyi məlumata görə, bu zaman terror fəaliyyətində iştirakda şübhəli bilinənlər vətəndaşlıqdan məhrum edilməyəcəklər.

Bundan əlavə, Sərhəd Xidməti əməkdaşlarına İraq və Suriyadakı ekstremist qruplaşmalara qoşulmaq üçün getmək istəyənlərin pasportlarını almaqdan ötrü xüsusi səlahiyyətlər veriləcək.
Bu günlərdə İngiltərədə terror təhlükəsi cihadçıların İraqda və Suriyada fəallaşması ilə əlaqədar ciddi səviyyəyə qalxıb.

Bənzər yazılar