Gürcüstanın baş naziri İrakli Kobaxidzenin 2028-ci ilin sonuna qədər ölkəsində Avropa İttifaqı (Aİ) ilə danışıqlara başlanılmaması barədə qərar qəbul etməsindən sonra başlayan nümayişlər 19 gündür ki, davam edir.
Elchi.az xəbər verir ki, noyabrın 28-də Tbilisi hökumətinin Gürcüstanın Aİ-yə üzvlük danışıqlarının başlanmasını 4 il müddətinə dayandırdığını elan etdikdən sonra başlayan nümayişlər bu gün də davam edib.
Baş nazir Kobaxidzenin qərarına reaksiya verən etirazçılar parlament binası qarşısına toplaşaraq Şota Rustavelil küçəsini yenidən nəqliyyatın hərəkəti üçün bağlayıblar.
Gürcüstan və Aİ bayraqları daşıyan nümayişçilər hökuməti parlament seçkilərini təzələməyə çağırıblar.
Nümayişçilər aksiyaların ilk günlərində baş verən hadisələrdə saxlanılanların azad edilməsini də tələb ediblər.
Şayəstə Hüseynova