Gürcülər lari üçün dəfn mərasimi keçirdi

🗓 30.03.2015 09:23 ✍️ "Elçi" qəzeti
Gürcülər lari üçün dəfn mərasimi keçirdi

lariBir neçə gürcü qeyri-hökumət təşkilatı Tiflisdə Gürcüstanın milli valyutası olan lari üçün rəmzi dəfn mərasimi təşkil edib.

Virtualaz.org saytı gürcü KİV-lərinə istinadən xəbər verir ki, “Lariyə yas tuturuq” adı altında təşkil olunan aksiya sabiq baş nazir Bdzina İvanişvilinin evinin qarşısında keçirilib. “20 yaşlı lari 2 il sürən ağır xəstəlikdən sonra vəfat etdi. Biz bura ona görə gəldik ki, keçmiş baş nazirə onun xalqı aldatdığını deyək” - deyə “Apriori” adlı ictimai təşkilatın sədri Beso Şengeliya jurnalistlərə bildirib. Aksiya iştirakçıları sabiq baş nazirin evinin qarşısına içi üstündə İvanişvilinin təsviri olan lari formasında kağızlar doldurulmuş tabutla gediblər. Onlar larinin “dəfn mərasimi”ndə milli valyutaya yas tutublar. Ölkədə yaranmış vəziyyətə görə indiki hakimiyyəti ittiham və tənqid ediblər. “Yeni hərəkat” təşkilatının üzvü Qirşel Bertaya bildirib ki, aksiya iştirakçıları İvanişvilinin formlaşdırdığı indiki hökumətin istefasını tələb ediblər: “Bu hakimiyyət öz fəaliyyətsizliyi və yarıtmazlığı ilə ölkə iqtisadiyyatını fəlakət həddinə gətirib”.

Bənzər yazılar