"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Ermənistan Hindistan və İrandan silah gözləyir: Prosesin qarşısını necə almaq olar?

24 Oktyabr 2022 - 19:26
in MÖVQE
FacebookVatsap

II Qarabağ Müharibəsindən sonra Ermənistan hərbi baxımdan diz üstə düşüb. Bədnam qonşumuz bununla barışmaq istəmir. Hərbi gücünü artırmağa çalışır. Konkret addımlar atır. Hindistan və İranla danışıqlar aparır. Ermənilər yaxşı başa düşür ki, daha Rusiyadan sialah gözləməyə dəyməz. Çünki ABŞ bir sanksiya ilə Rusiyanın hərbi sənaye kompleksini sıradan çıxarıb. Yəni Rusiya Qərbə bağlı şirkətlərdən aldığı çıplərin alışına girişini itirib. Çip olmadan isə silah istehsal etmək mümkün deyil…

Bunu da oxuyun

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

Pezeşkiandan BMT-yə “etimadsızlıq” mesajı

Jurnalist Elbəyi Həsənli mövzu barədə Feysbuk hesabında açıqlama verib.

Elchi.az xəbər verir ki, jurnalist Hindistanın nə üçün Ermənistana silah satmaqda maraqlı olduğuna dair fikirlərini qeyd edib:

“Səbəb bəllidir. Azərbaycan və Türkiyə Pakistanla ciddi əlaqələrə malikdir. Hər iki türk dövləti Pakistanın yanındadır, onu müdafiə edir. 1947-ci ildən başlayaraq, yəni Hindistan yaranandan Kəşmir vilayəti uğrunda Pakistanla üz-üzədir.
Mən Hindistan mətbuatını da izləyirəm. Dünənə kimi Hindistanda Ermənistan haqqında məlumatlı birisini tapmaq son dərəcə çətin idi. Ancaq Türkiyə və Azərbaycanın Kəşmir məsələsində Pakistana dəstək verməsi Hindistanda türk düşməni qismində çıxış edən Ermənistana maraq yaratdı…
Ermənistan Hindistandan silah alamaq üçün üçün xeyli iş görüb. Və tezliklə sifariş verilmiş silahların Ermənistan göndəriləcəyi gözlənilir…
Hindistanla bağlı onu deyim ki, bu ölkə ilə Çin arasında düşmən münasibət formalaşıb. Elə bu səbəbdən də Çin Pakistana ciddi dəstək verir. Pakistanın hərbi baxımdan güclənməsində də Çin müstəsinə rol oynayıb. Düzdür, əvvəl Pakistan ABŞ-ın yanında idi. Hər il ABŞ Pakistana milyard dollarlarla yardım edirdi. Sonra bu yardım kəsildi və Pakistan Çinə tərəf yuvarlandı…
Hindistanın ən çox silah aldığı ölkə İsraildir. Azərbaycan isə bu sırada ikinci yerdə gəlir…
Ermənistanın Hindistandan silah almasında ciddi problemlər var. Problem nədir? Məsələ ondadır ki, Ermənistan hərbçilərinin Hindistan silhlarına yiyələnməsi üçün xeyli vaxt lazımdır. Təbii ki, Hindistan silahlarının ehtiyat hissələr də Ermənistanda yoxdur. Bu çətinlikləri aradan qaldırmaq üçün ciddi paralar lazımdır. Ermənistanın isə belə bir imkanı yoxdur…
Keçək İrana. İran da Ermənista silah satmaq arzusundadır. Niyə? Hərbi baxımdan sıradan çıxmış Ermənistan Cənubi Qafqazda İrana istək və arzularının həyata keçirməkdə elə bir yardım göstərə bilmir. Ermənistan bunu çox istəyir. Çünki Ermənistanla İranı, daha doğrusu fars sovinistlərini türkə düşmənçilik hissi monolit şəkildə birləşdirir.
İran silahlarının da ciddi problemləri var. Çağdaş texnologiyanın inkişaf parametrləri baxımından İran hərbi kompleksi ciddi şəkildə axsayır. Məsələn, Ukraynada Rusiya tərəfindən istifadə olunan İran dronları İsrail və Türkiyə dronlarına böyük hesabla uduzur. Ancaq İran dronlarının öz üstünlüyü var. Belə ki, onlar çox ucuzdur. Məsələn, İranın qatil dronları var ki, cəmi 20 min dollara almaq mümkündür…
Ermənistana daha hansı ölkə silah sata bilər? Nəzəri baxımdan bir çox ölkələr. Ancaq dediyim kimi, kasıb Ermənistan müasir silhlarala öz ordusunu təmin etmək gücündə deyil. Çünki müasir silahlar çox bahadır. Həm də silah alveri xeyli fərqlidir. Bir çox ölkələr hökumətin razılığı olmadan hansısa bir dövlətə silah satmırlar…
Hərbi baxımdan dizi üstə olan Ermənistan Hindistan və İran silahları ala bilsə, xeyli dirçələ bilər. Amma Azərbaycan Ordusuna yenə də böyük hesabla uduzacaq. Buna baxmayaaq, Ermənistan silahlanmaq istəyir. Hazırda Paşinyan hökuməti Türkiyə və Azərbaycanla siyasi müstəvidə anlaşmağa çalışır. Ancaq Ermənistanın hərbi baxımdan da güclü olması üçün də radikal addımlar atmağı da lazım bilənlər də var.
Hindistan öz silahını İran üzərindən Ermənistana göndərə bilər. İranın asanlıqla qonşu ölkəyə silah daşıması da o qədər də çətin olmamalıdır. Ancaq bu məsələdə bir “əmma” var. “Əmma” odur ki, İran adlanan coğrafiyada əhalinin böyük bir hissəsi türklərdən ibarətdir. 44 günlük müharibə zamanı Rusiyanın İran üzərindən Ermənistana silah daşıması türkləri hərəkətə gətirdi və İranda ciddi etiraz aksiyaları keçirildi…”.

E.Həsənlinin sözlərinə görə, son vaxtlar Azərbaycanda dövlət səviyyəsində Qüney Azərbaycan türklərinə dəstək verilir. Bu isə İran türklərini yerli siyasi proseslərə müdaxilə etməyə ruhlandırır. Hələ orası da var ki, Türkiyə də bu işin içindədir:

“Azərbaycan Türkləri Hindistanın İran üzərindən Ermənistana silah satmasının qarşısını ala bilərmi? İranın özünü necə, Ermənistana silah satmaq düşüncəsindən uzaqlaşdıra biləcək davranışları ortaya qoymaq gücündədirmi? Təbii ki, bu kimi suallar müsbət cavb almaq üçün ciddi işlər görülməlidir. Hazırda ideoloji baxımdan fəlakət həddində sarsıntılar yaşayan İranın molla rejimini ram etmək mümkündür. Və indidən Azərbaycan iqtidarı bu məsələ üzərində düşünməlidir…
Aydındır ki, Gürcüstan üzərindən Ermənistana silah göndərmək çox çətindir. Düzdür, 2020-ci ilin iyununda Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah sursat göndərilmişdi. Ancaq bu yol dərhal qapadıldı. Real vəziyyət belədir ki, Gürcüstana həm Türkiyənin, həm də Azərbaycanın təsir imkanları var. Ancaq İran məsələsində bu, bir qədər çətindir.
Bir daha vurğulayıram: Ermənistan silahlanmaq istəyir. Silahları əsasən Hindistan və İrandan alacaq. Bu prosesin qarşısını almaq üçün Azərbaycan iqtidarı indidən hərəkətə keçməlidir. Xüsusən, İrandakı millətçi kəsim bu prosesin qarşısının alınması üçün səfərbər olunmalıdır…”.

Yeganə

Previous Post

Ermənistan Hindistan və İrandan silah gözləyir: Prosesin qarşısını necə almaq olar?

Next Post

İranın Azərbaycanla bağlı siyasətində informasiya cəbhəsi…

Bənzər yazılar

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

23 Sentyabr 2026 - 11:23

Makron Ukrayna və Rusiyanı enerji infrastrukturuna və Qara dənizdəki hədəflərə qarşı zərbələrlə bağlı moratoriuma razılaşmağa çağırıb. Elchi.az xəbər verir ki, Nyu-Yorkda...

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

23 Sentyabr 2026 - 11:08

Suriya lideri əl-Şara zarafatla Trampa Nyu-Cersi ştatını İsrailə verməyi təklif edib. Elchi.az xəbər verir ki, keçid dövrü üçün Suriya lideri...

Pezeşkiandan BMT-yə “etimadsızlıq” mesajı

Pezeşkiandan BMT-yə “etimadsızlıq” mesajı

22 Sentyabr 2026 - 11:49

İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Millətlər Təşkilatının "Etimadın bərpası" şüarına toxunaraq bildirib: "Etimad mövcud olmayan bir şeydir; tıpkı insan hüquqlarına...

ABŞ Ukraynanı əslində kimin idarə etdiyini açıqlayıb

ABŞ Ukraynanı əslində kimin idarə etdiyini açıqlayıb

22 Sentyabr 2026 - 11:21

Polkovnik Makqreqor iddia edir ki, Ukrayna Britaniyanın MI6 kəşfiyyatı tərəfindən idarə olunur. Elchi.az xəbər verir ki, Ukrayna Britaniyanın MI6 kəşfiyyat xidmətinin...

Next Post
İranın Azərbaycanla bağlı siyasətində informasiya cəbhəsi…

İranın Azərbaycanla bağlı siyasətində informasiya cəbhəsi...

İranın Azərbaycanla bağlı siyasətində informasiya cəbhəsi…

İranın Azərbaycanla bağlı siyasətində informasiya cəbhəsi...

Son xəbərlər

Əfv sərəncamı ilə azadlığa çıxan Türkiyə vətəndaşları Prezidentə təşəkkür ediblər

Əfv sərəncamı ilə azadlığa çıxan Türkiyə vətəndaşları Prezidentə təşəkkür ediblər

23 Sentyabr 2026 - 16:41
Livan Prezidenti neftin Suriya və Livan üzərindən nəqlini təklif edib

Livan Prezidenti neftin Suriya və Livan üzərindən nəqlini təklif edib

23 Sentyabr 2026 - 16:33
Su polisi brakonyerlik edən şəxsi saxlayıb

Su polisi brakonyerlik edən şəxsi saxlayıb

23 Sentyabr 2026 - 16:25
Bakıda 31 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Bakıda 31 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

23 Sentyabr 2026 - 16:14
Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib

Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib

23 Sentyabr 2026 - 16:06
“İranın bombardman edilməsi ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq” – Makron

“İranın bombardman edilməsi ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq” – Makron

23 Sentyabr 2026 - 16:00
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? – RƏSMİ CAVAB

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? – RƏSMİ CAVAB

23 Sentyabr 2026 - 15:53
Çayxana binasında yerləşən məktəbin taleyi necə olacaq?

Çayxana binasında yerləşən məktəbin taleyi necə olacaq?

23 Sentyabr 2026 - 15:44
Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb

Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb

23 Sentyabr 2026 - 15:30
Azərbaycanda 8 ayda 97 internet resursuna giriş məhdudlaşdırılıb

Azərbaycanda 8 ayda 97 internet resursuna giriş məhdudlaşdırılıb

23 Sentyabr 2026 - 15:16
Elşad Miri: “Uşaqların baş örtüsü” deyilən bir anlayış yoxdur”

Elşad Miri: “Uşaqların baş örtüsü” deyilən bir anlayış yoxdur”

23 Sentyabr 2026 - 15:08
Rutte: “Müttəfiqlər müdafiə məsələsində ABŞ-a ciddi şəkildə bel bağlayıblar”

Rutte: “Müttəfiqlər müdafiə məsələsində ABŞ-a ciddi şəkildə bel bağlayıblar”

23 Sentyabr 2026 - 15:00
Azərbaycanlılara görə divarları yazanlar həbs olundu

Azərbaycanlılara görə divarları yazanlar həbs olundu

23 Sentyabr 2026 - 14:52
Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

23 Sentyabr 2026 - 14:43
“Yuventus” cərimələndi

“Yuventus” cərimələndi

23 Sentyabr 2026 - 14:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.