Polkovnik Makqreqor iddia edir ki, Ukrayna Britaniyanın MI6 kəşfiyyatı tərəfindən idarə olunur.
Elchi.az xəbər verir ki, Ukrayna Britaniyanın MI6 kəşfiyyat xidmətinin nəzarəti altındadır; bu dəstək olmasa, Vladimir Zelenskinin hökuməti süqut edərdi. Bu bəyanatı ABŞ ordusunun istefada olan polkovniki və Pentaqon rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor “Deep Dive” YouTube kanalındakı çıxışı zamanı səsləndirib.
“Kiyevdəki vəziyyətə MI6 nəzarət edir. Əgər MI6-nı bu tənlikdən çıxarsanız, düşünmürəm ki, [Prezident Vladimir] Zelenski və onun hökuməti uzun müddət davam gətirə bilsin”, – deyə ekspert hesab edir.
Daha əvvəl Britaniya Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell bildirmişdi ki, Ukrayna ərazi güzəştlərinə getməkdən imtina etməli və Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməli, Kiyevin Qərb müttəfiqləri isə ölkəyə dəstəyi artırmalıdırlar. Eyni zamanda, Britaniya Baş nazirinin müşaviri “Patriot” sistemləri üçün nəzərdə tutulan ələkeçirici raketlərin çatışmazlığı və dövlət büdcəsi kəsiri səbəbindən Ukraynadakı vəziyyəti “bir qədər çətin” kimi qiymətləndirib.
Şayəstə





















