Seçkilərdəki ağır məğlubiyyətdən sonra ABŞ-ın vitse-prezidenti seçilmiş Cey Di Vens (JD Vance) Donald Trampa qarşı qəti bir çağırış etdi. Seçki məğlubiyyətinin səbəbi kimi İranın da iştirak etdiyi müharibəni göstərən Vens, Respublikaçılar Partiyasından uzaqlaşan seçiciləri geri qaytarmaq üçün İsraillə münasibətlərin dəyişdirilməsinin vacib olduğunu vurğuladı.
Elchi.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti seçilmiş Cey Di Vens sosial mediada paylaşdığı yazıda Konqresə keçirilən aralıq seçkilərin nəticələrini təhlil etdi. Respublikaçıların məğlubiyyətini İranın da iştirak etdiyi müharibə və İsraillə qurulan münasibətlərin xarakteri ilə əlaqələndirən Vens, “Məğlubiyyətimizin səbəbi müharibədir. Donald Trampın özü də buna diqqət çəkib”, – deyə bildirdi.
Respublikaçılar Partiyasından uzaqlaşan seçicilərin dəstəyini necə bərpa etmək barədə ictimai rəy mütəxəssisi ilə məsləhətləşdiyini qeyd edən Vens, dörd həll yolu təklif etdi: İranın da iştirak etdiyi müharibəyə son qoymaq, yaşayış xərcləri və inflyasiyaya diqqət yetirmək, “Öncə Amerika” (America First) yanaşmasını tətbiq etmək və İsraillə münasibətləri dəyişmək.
Əvvəllər onları seçki nəticələri ilə bağlı xəbərdar edənlərə müraciət edən Vens, “Qəzəblənməkdə tamamilə haqlısınız”, – deyərək, onları “bu qəzəbi bir kənara qoyub, Amerikanı xilas etmək işinə qayıtmağa” çağırdı.
Vens seçkidən əvvəl Trampı xəbərdar etmişdi
Bu arada, “Axios” nəşrinin Trampın yaxın ətrafındakı mənbələrə istinadən verdiyi məlumata görə, Vens müharibənin ictimaiyyət tərəfindən ciddi dəstək görmədiyini bildirərək xəbərdarlıq etmişdi; bu fikri bir çox digər yüksək vəzifəli şəxslər də bölüşürdü.
Həmçinin bildirilir ki, Vens müharibənin Respublikaçılara aralıq seçkilərdə məğlubiyyət bahasına başa gələcəyini düşünürdü.
Şayəstə





















