Təbrizin “Traktor” qadın futbol komandası Birinci Liqanın səkkizinci həftəsinin oyunları çərçivəsində Kürdüstanın “Yasam” komandası ilə qarşılaşıb.
Elchi.az xəbər verir ki, bu haqda idman mediası məlumat yayıb.
Noyabrın 26-da Təbrizin “Qəvidel” stadionunda keçirilən qarşılaşmada Təbriz təmsilçisi 3-0 hesabı ilə qalib gəlib.
Bununla da “Traktor” qadın futbol komandası xallarının sayını 16-ya çatdıraraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.




















