Dünya şöhrətli ukraynalı artistin BƏƏ-yə girişi qadağan edildi

🗓 02.02.2024 19:19 ✍️ "Elçi" qəzeti
Dünya şöhrətli ukraynalı artistin BƏƏ-yə girişi qadağan edildi
Dünya şöhrətli ukraynalı artist və Ukraynanın “Avroviziya” iştirakçısı “Andrey Danilko” ləqəbli Verka Serdyuçkanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) girişi ömürlük qadağan edilib. Elchi.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" nəşri məlumat yayıb. "Andrei Danilkonun ömürlük BƏƏ-yə giriş qadağan edilib. İddialara görə, BƏƏ rəsmiləri bu qərarı sənətçinin 2022-ci ildə Dubayda korporativ tədbirdə çıxışından sonra verib", - məlumatda bildirilib. Agentliyin məlumatına görə, qadağaya səbəb etnik ədavətin qızışdırılmasıdır. Qeyd olunur ki, Danilko Dubayda çıxışı zamanı Ukraynanı dəstəkləyib.

Bənzər yazılar