Dollar bahalaşıb, avro ucuzlaşıb

🗓 08.05.2015 09:49 ✍️ "Elçi" qəzeti
Dollar bahalaşıb, avro ucuzlaşıb
dollar_avro_003Bu gün mayın 7-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 8-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0007 manat və ya 0,07% bahalaşaraq 1,0482 manat olub. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0139 manat və ya 1,17% ucuzlaşaraq 1,1742 manat olub.

Bənzər yazılar