Burkina Faso 3 fransız diplomatı “persona non-qrata” elan edib

Burkina Faso bu ölkədə xidmət edən üç fransız diplomatı “təxribat fəaliyyətinə” görə persona non qrata elan edib. Elchi.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi Vaqaduqu səfirliyində çalışan 3 diplomatın Burkina Faso səlahiyyətliləri tərəfindən "təxribat fəaliyyətində olduqları" səbəbiylə persona-non-qrata elan edildiyini və 48 saat ərzində ölkəni tərk etmələrinin istəndiyini açıqlayıb. Məsələ ilə bağlı Fransanın Vaqaduqudakı səfirliyindən hələlik heç bir açıqlama verilməyib. Fransanın keçmiş müstəmləkələrindən biri olan Burkina Faso ilə münasibətlər 2022-ci il sentyabrın 30-da İbrahim Traorenin hərbi hökumətinin hakimiyyətə gəlməsindən sonra pisləşib. Son illərdə Burkina Faso Fransa ilə bir çox sahələrdə tərəfdaşlıq müqavilələrini ləğv etmək qərarına gəlib. Şayəstə Hüseynova