Son iki il ərzində milyonlarla dollar dəyərində Bolqarıstan silahı başqa ölkələr vasitəsilə Ukraynaya çatıb.
Elchi.az bu barədə “Euractiv” portalına istinadən xəbər verir.
Portalın məlumatına görə, Bolqarıstan respublika hökumətinin bəyanatlarına baxmayaraq, münaqişə başlamamışdan əvvəl Kiyevə dolayı yolla silah göndərməyə başlayıb.
Qeyd olunur ki, 1 milyard dollardan çox məbləğdə müvafiq tədarük Bolqarıstan şirkətləri tərəfindən silah satışı üçün müxtəlif xarici proqramlardan istifadə etməklə vasitəçilər tərəfindən həyata keçirilib.
“Euractiv”-in məlumatına görə, yalnız 2022-ci ildə Bolqarıstan dolayı yolla Ukraynaya ən azı 1 milyard dollar dəyərində silah ixrac edib, respublikanın əsas silah zavodları artıq bu müddət ərzində satışların 100 faiz artdığını bildiriblər. Rəsmi olaraq, ötən ilin fevralından Sofiya 1,38 milyard dollara qədər silah ixracına icazə verib.
Yeganə