Bir həftədə itirilən milyardlar

🗓 22.08.2015 18:30 ✍️ "Elçi" qəzeti
Bir həftədə itirilən milyardlar
Bir həftədə itirilən milyardlar Dünya bazarlarında baş vermiş iflas nəticəsində dünyanın varlı adamları bir həftə ərzində 182 milyard dollar itiriblər.
ANS PRESS-in məlumatına görə, belə bir hesabat «Bloomberg» agentliyi tərəfindən aparılıb. Hesabata görə, ümumilikdə dünyanın 400 varlısının varidatı 6,3% azalıb.
ABŞ-da ən çox azalma “Apple”in səhmləri ilə bağlı qeydə alınıb. Şirkətin ümumi kapitalı 158 milyard dollar aşağı düşüb. Şirkətin ümumi kapitallaşması hazırda 618 milyard dollara bərabərdir. Yalnız avqustun 21-də “Apple”in bir səhmi 6,72 dollar, yaxud 6% ucuzlaşıb. 2015-ci ilin əvvəlində “Apple”in bir səhmi 134,5 dollara satılırdı. Beləliklə, ucuzlaşma 20% təşkil edib.
Təkcə avqustun 21-də milyarderlərin var-dövləti 76 milyrd dollar azalıb. Bu, ABŞ-ın aparıcı biznes indeksləri “ Standard & Poor’s 500 Index ” və “ Dow Jones ”un son 4 il üzrə ən yüksək azalması hesabına baş verib.
Agentlik bildirib ki, ən çox “Berkshire Hathaway”in səhmdarı olan Uorren Baffet zərər çəkib. Onun kapitalı 3,6 mlrd dollar azalıb. Baffet dünyanın üçüncü ən zəngin insanıdır və kapitalı 63,4 mlrd dollara bərabərdir.
Uorren Baffet - milyarder
1986-cı ildən bu yana neftin ucuzlaşması ən uzun müddət davam etdiyinə görə, energetika sektorunda çalışan iş adamlarının kapitalı toplam 15,2 mlrd dollar azalıb. Honkonq birjasında baş verən geriləmə və yuanın dəyər itirməsi nəticəsində Çinin 26 ən varlı vətəndaşı 18,8 mlrd dollar itirib.
Amma “Bloomberg” bildirir ki, dünya bazarlarında böhranlara baxmayaraq 11 milyarder öz kapitalını artıra bilib. Onların içində ən çox varlanan “Sun Pharmaceuticals”in təsisçisi Dilip Şanqvi olub. Onun kapitalı bir həftədə 467 milyon dollar artaraq 18,9 milyard dollara çatıb.
 

Bənzər yazılar