Berluskoni Ərdoğanı tənqid etdi

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Romada iştirak etdiyi sərgidə prezident Ərdoğan
haqqında danışıb.

Avropa.info-nun məlumatına görə, Berluskoni Türkiyədə orta məktəb şagirdlərinin məktəbə istəsələr hicabla gələ biləcəklərini bildirib. Və bunun qanunla tənzimlənməsini qorxulu adlandırıb.
Berluskoni "Ərdoğan qorxuducu qərara imza atdı. Qızlar artıq məktəbə yalnız hicabla gedəcək və makiyaj etməyəcək" deyərək qərarın detalları ilə bağlı məlumat sahibi olmadığını bildirib.